[b]Aysel "Eurovision"da finala keçə bilmədi[/b]
09 may 2018 01:50 (UTC +04:00)

[b]Aysel "Eurovision"da finala keçə bilmədi[/b]

 

Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

 

APA-nın xəbərinə görə, Azərbaycan təmsilçisi Aysel Məmmədova səhnəyə  birinci çıxaraq "X my heart" mahnısını ifa edib.  Çıxışlardan sonra keçirilmiş səsvermənin nəticələrinə əsasən, A.Məmmədova mahnı müsabiqəsinin finalına vəsiqə qazana bilməyib.

 

Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Bunlar Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya, İrlandiyadır.

 

Birinci yarımfinalda 19 ölkə finala keçmək uğrunda yarışıb.

 

Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr  - müsabiqənin bu ilki ev sahibi Portuqaliya və Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

 

"Eurovision-2018"-in ikinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də baş tutacaq.

 

 

# 441
avatar

Oxşar yazılar