Bakı-İstanbul reysi ilə uçan təyyarə məcburi eniş etdi
08 may 2018 10:37 (UTC +04:00)

Bakı-İstanbul reysi ilə uçan təyyarə məcburi eniş etdi

Yerli vaxtla saat 08:59-da uçan Azərbaycan Hava Yollarının (AZAL) J2-075 Bakı (GYD) - İstanbul (IST) reysini yerin yetirən hava gəmisinin komandiri texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna dönmək qərarını qəbul edib.
 
 
 
"APA-Economics" xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
 
 
 
"Təyyarə Bakı hava limanında yerli vaxtla saat 09:33-də uğurlu eniş edib. Reysin sərnişinləri digər bir təyyarə ilə İstanbula yola salınacaqlar. Reysin statusu yeniləndikcə əlavə məlumat veriləcək", - deyə məlumatda vurğulanıb.
# 451
avatar

APA Baycan

Oxşar yazılar