Uludağ Universitetinin rektoru UNEC-də
07 may 2018 15:31 (UTC +04:00)

Uludağ Universitetinin rektoru UNEC-də

Türkiyənin Uludağ Universitetinin rektoru, professor Yusuf Ulcayın rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-ə səfər edib.
 
Lent.az-ın məlumatına görə, səfərdən öncə qonaqlar Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzüblər. Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla yad ediblər.
Rektor, professor Ədalət Muradovla görüşdə hər iki universitet arasında əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb. Uludağ Universiteti ilə UNEC arasında maliyyə və biznesin idarəedilməsi ixtisaslarında magistratura pilləsi üzrə ikili diplom proqramının icrasından irəli gələn məsələlər müzakirə edilib, müəllim və tələbə mübadiləsinin önəmi vurğulanıb. Tərəflər təhsilin doktoranturda pilləsində mübadilənin mümkünlüyü istiqamətində fikir mübadiləsi aparıblar.
Görüşdən sonra professor Yusuf Ulcay UNEC-in Heydər Əliyevin irsinin öyrənilməsi mərkəzində ulu öndərin fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial Kompleksi ziyarət edib. UNEC-in imtahan zalı, auditoriyaları və kitabxanasına baxış keçirən rektor Elektron Universitet Modelini yüksək qiymətləndirib. O, təhsildə müasir texnologiyaların tətbiqini tədrisin keyfiyyətinin yüksəldilməsində önəmli amil adlandırıb.
Tələbələrlə görüşən Uludağ Universitetinin rektoru Radio UNEC-in canlı efirində də qonaq olub. 
 
# 385
avatar

Oxşar yazılar