<b>"Eurovision-2018"-in rəsmi açılışı oldu</b>
07 may 2018 06:01 (UTC +04:00)

"Eurovision-2018"-in rəsmi açılışı oldu

Portuqaliyanın paytaxtı Lissabonda "Eurovision" beynəlxalq mahnı müsabiqəsi rəsmi olaraq start götürüb. APA-nın xəbərinə görə, bu barədə müsabiqənin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir. 

 

Məlumata görə, təntənəli açılış mərasimi Lissabonun İncəsənət, memarlıq və texnologiya Muzeyində keçirilib. 

 

Bu il müsabiqəyə 43 ölkə qatılıb. "Eurovision-2018"-in birinci yarımfinalı mayın 8-də, ikinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də baş tutacaq. 

 

Azərbaycanı müsabiqədə "X my heart" mahnısı ilə Aysel Məmmədova təmsil edir. 

# 505
avatar

Oxşar yazılar