Tarkan dünyaya gələcək qızı üçün ev alır
04 may 2018 11:46 (UTC +04:00)

Tarkan dünyaya gələcək qızı üçün ev alır

Türkiyənin tanınmış müğənnisi Tarkan açıq havada konsert verməmək ənənəsini pozub. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ifaçı açıq havada konsert verəcək. Müğənni konsertinin müqabilində təşkilatçılardan pul yox, ev istəyib. Tarkan evi hələ doğulmamış qızı Lidya üçün alır. Avropa turnesini təzə bitirən müğənni 12 may tarixində keçiriləcək açıq hava konserti üçün çərşənbə günü İstanbula gələcək. 

Qeyd edək ki, Tarkan və Pınar Dilek cütlüyünün bu yaxınlarda qızı dünyaya gələcək.

 

# 328
avatar

Oxşar yazılar