[b]TANAP-ın açılış tarixi bəlli oldu - RƏSMİ[/b]
02 may 2018 12:51 (UTC +04:00)

[b]TANAP-ın açılış tarixi bəlli oldu - RƏSMİ[/b]

Bu ilin iyun ayının 19-da Trans-Anadolu qaz kəmərinin (TANAP) açılış mərasimi keçiriləcək.

 

"APA-Economics" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə SOCAR-ın İnvestisiyalar Departamentinin rəhbəri Vaqif Əliyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan qazının TANAPqaz kəməri ilə nəqlinə tədarükünə başlanması mərasimi iyulun əvvəlinə planlaşdırılıb. "İyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçiriləcək. Ötən həftə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan arasında keçirilən görüş zamanı iyunun 19-da TANAP-ın işə salınması mərasiminin keçirilməsinə dair qərar qəbul olunub”, - deyə V.Əliyev vurğulayıb.

 

Qeyd edək ki, “Şahdəniz-2”  layihəsi çərçivəsində TANAP ilə illik 16 mlrd. Azərbaycan qazı nəql olunacaq. Bunun 6 mlrd. kubmetri Türkiyə, 10 mlrd. kubmetri Avropaya nəql ediləcək.

# 383
avatar

APA Baycan

Oxşar yazılar