Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri artırıldı - FƏRMAN
01 may 2018 17:24 (UTC +04:00)

Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri artırıldı - FƏRMAN

 

Prezident İLham Əliyev “Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında” fərmanında dəyişiklik edib.

 

Lent.az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, fərmana aşağıdakı dəyişiklik edilib: 

1.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Avropa İttifaqı ölkələrinə ixrac edilən qida məhsullarının təhlükəsizlik meyarları üzrə ekspertizasının keçirilməsi, həmin ekspertizanın nəticələrinə uyğun olaraq onlara təsdiqedici kod nömrələrinin və ixracatçılara ekspertizanın nəticələrini təsdiq edən sənədlərin verilməsi, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması fəaliyyətini həyata keçirən, habelə Avropa İttifaqının bu sahədə müvafiq tələblərinin icrasını təmin edən vahid səlahiyyətli orqandır.”;

1.2. 3-cü hissədə “İqtisadiyyat Nazirliyinin” sözləri “Qida Təhlükəsizliyi Agentliyinin” sözləri ilə əvəz edilsin.

 

Fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minəcək. 

 

# 362
avatar

Oxşar yazılar