Türkçülük ideyalarını ədəbiyyata gətirən dahi - <span style="color:red;">Hüseyn Cavid
01 may 2018 10:41 (UTC +04:00)

Türkçülük ideyalarını ədəbiyyata gətirən dahi - Hüseyn Cavid

UNEC-də böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunan silsilə tədbirlər davam edir.
 
 
Lent.az-ın məlumatına görə,  UNEC-in Biznes və menecment, Türk dünyası işlətmə fakültələri (TUDİFAK) və “Azərbaycan dili” kafedrasının birgə təşkilatçılığı ilə ilə keçirilən elmi-praktiki konfrans “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda olub.
 
Öncə böyük dramaturqun həyat və yaradıcılığını, onun əsərlərinin səhnə taleyini əks etdirən kitab və foto sərgi nümayiş etdirilib.
Hüseyn Cavid irsinə göstərilən dövlətin diqqət və qayğısından danışan Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov gənc nəslin düşüncə və dünyagörüşündə Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu bildirib. Məhz ümummilli liderin təşəbbüsü ilə 1982-ci ildə dramaturqun nəşinin Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilməsini ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız üçün əlamətdar hadisə olduğunu vurğulayıb.
 
 
TUDİFAK-ın dekanı, dosent Ferruh Tuzçuoğlu görkəmli dramaturqun yaradıcılığına nəzər salaraq, H.Cavidin XX əsrdə Azərbaycanda türkçülük məfkurəsini daha yüksək zirvəyə qaldıran böyük ideoloq və bu ideyaları ədəbiyyata gətirən dahi şəxsiyyət olduğunu bildirib.
BDU-nun professoru Etibar Talıblı, Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Lütviyə Əsgərzadə Hüseyn Cavidin dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etdiyini bildiriblər, görkəmli dramaturqun neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müəyyənləşdirən əsərlərinin bu gün də öz monumentallığını qoruduğunu qeyd ediblər.
“Azərbaycan dili” dili kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli “Heydər Əliyev və Hüseyn Cavid yaradıcılığı” mövzusunda çıxış etdikdən sonra Hüseyn Cavidin ev muzeyini ziyarət edən tələbələr təəssüratlarını bölüşüblər. Onlar dahi dramaturqun şeirlərini səsləndiriblər, ədibin sözlərinə bəstələnən mahnılar ifa ediblər.
 
# 373
avatar

Oxşar yazılar