Tələbələr “Gilan Holding”-in “Nömrə 1” çörək zavoduna ekskursiya edib
01 may 2018 10:11 (UTC +04:00)

Tələbələr “Gilan Holding”-in “Nömrə 1” çörək zavoduna ekskursiya edib

“Gilan Holding” ADA Universitetinin tələbələri üçün “Nömrə 1” çörək zavoduna ekskursiya təşkil edib.

Tələbələrə zavodun fəaliyyəti, tətbiq edilən müasir texnologiyalar və avadanlıq, məhsul çeşidi haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Tələbələr sanitar-gigiyenik normalara və yüksək keyfiyyət standartlarına cavab verən istehsalat prosesləri ilə tanış olub, “Nömrə 1” çörək zavodunda hazırlanan çörək və un məmulatlarının nümunələrinə baxıblar.

Ekskursiya zamanı tələbələr dərslərdə əldə etdikləri nəzəri biliklərin real şəraitdə necə tətbiq edildiyini əyani şəkildə görmək imkanını qazanıblar və gələcək peşələri barədə əlavə məlumatlar əldə ediblər.

Təhsil sektoru və biznesin qarşılıqlı əlaqələrinin inkişafına daim öz töhfəsini verən “Gilan Holding” bu cür tədbirlərin gələcəkdə də keçirilməsini planlaşdırır.

 

# 441
avatar

Oxşar yazılar