Ülviyyə Rəhimova yeni klipini Bakıda təqdim etdi - <span style="color:red;">VİDEO
30 aprel 2018 11:36 (UTC +04:00)

Ülviyyə Rəhimova yeni klipini Bakıda təqdim etdi - VİDEO

Xaricdə yaşayan caz ifaçısı Ülviyyə Rəhimova yeni klipini təqdim edib. Lent.az-ın məlumatına görə, pop-caz üslubunda ifa edilən klip “Sevgi nəğməsi” adlanır. Musiqisi  Muxtar Abseynov, sözləri bəstəkarla birgə Nigar Məmmədovaya aid olan klipi Orxan Məmmədli çəkib. Musiqili layihəni isə bütövlükdə Boomerang Label şirkəti ərsəyə gətirib. Çəkilişləri əsasən təbiətdə aparılan klip səmimi abu-havada lentə alınıb və bəşəri sevgi hisslərini yaşayan insanın ruh halını göstərir.

 

Klipin təqdimat gecəsi də elə mahnıya uyğun hay-küysüz, dost-abu havasında  və  media nümayəndələrinin iştirakı ilə keçirilib. Canlı ifaları ilə qonaqlara zövqlü anlar yaşadan Ülviyyə Rəhimova  bildirib ki, 2010 cu- ildə Avroviziya mahnı müsabiqəsinin Azərbaycan təmsilçisi seçim turunun yarımfinalında iştirakından qısa müddət sonra ailə  qurub və xaricə  köçüb. Bu illər ərzində müğənni bəstəkarlıq fəaliyyəti ilə məşqul olub, üslubuna uyğun mahnılar yazmaqla yanaşı həm də özünəməxsus tərzdə elektron musiqilər bəstələyib. Yeni və fərqli musiqi yaradan bəstəkar-müğənni həyata keçirdiyi layihələrin təqdimatlarını isə məhz doğma vətəni Bakıda reallaşdırıb. “ Sevgi nəğməsi” klipinin çəkilişləri  payızda baş tutsa da, müğənni təqdimatı məhz Bakıya səfəri zamanı həyata keçirməyi planlaşdırıb.

 

  Jurnalistlərin suallarını cavablandıran Ülviyyə Rəhimova “Rəfiqəniz Dilarə Kazımova  ilə duet oxumaq planınız varmı?” sualına isə belə cavab verib:

 

“Biz bunun üzərində bir- neçə ildir ki, düşünürük. Dilarə bu işi mənə həvalə edib ki, uyğun bir musiqi yazım və biz bu duet layihəni də reallaşdıraq. Mən bu məsələ üzərində düşünürəm və inanıram ki, bu layihəni də gerçəkləşdirəcəyik”

 

   Sonda müğənni media nümayəndələri ilə xatirə fotosu çəkdirib və gələcək musiqili layihələrini də məhz Baklda təqdim edəcəyini vurğulayıb.

 

   Müğənninin yeni “Sevgi nəğməsi” klipini aşağıdakı linkdən izləmək mümkündür. 

 

# 493
avatar

Oxşar yazılar