[b]Abunəçinin elektrik şəbəkəsinə qoşulmasında[/b] YENİLİK
27 aprel 2018 13:17 (UTC +04:00)

[b]Abunəçinin elektrik şəbəkəsinə qoşulmasında[/b] YENİLİK

"Əhali qrupuna daxil olan abunəçilərin elektrik enerjisi şəbəkəsinə qoşulması maksimum 5 gün çəkir".

 

APA-Economics“in məlumatına görə, bunu “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmlinin “Elektron hökumətlə bağlı “Azərişıq” ASC-də həyata keçirilən yeniliklər, bunun sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması və digər xidmətlərdə rolu” mövzusunda keçirilən mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, qanunda bu müddət 15 gün müəyyən edilib: "Cənab sədrin göstərişi var ki, abunəçinin elektrik enerjisi şəbəkəsinə qoşulması 3 günü keçməməlidir".

 

"Azərişıq" rəsmisi abunəçinin şəbəkəyə qoşulması ilə bağlı vahid tarifin olacağını qeyd edib: "Hazırda Nazirlər kabinetində bu məsələyə baxılır. Tezliklə abunəçilərin şəbəkəyə qoşulması üçün məsafədən asılı olmayaraq işlədiləcək hər kVt/saat elektrik enerjisinə görə vahid tariflər müəyyən ediləcək. Bu günə qədər tariflər çəkilən xəttin en kəsiyi, məsafədən asılı idi".

# 399
avatar

APA Baycan

Oxşar yazılar