<font color=red>&#174; </font>Azərbaycan Beynəlxalq Bankı UNEC-də karyera günü keçirdi
26 aprel 2018 11:50 (UTC +04:00)

® Azərbaycan Beynəlxalq Bankı UNEC-də karyera günü keçirdi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzində “Azərbaycan Beynəlxalq Bankının iş dünyası ilə tanışlıq” mövzusunda təqdimat keçirilib. Tədbir UNEC tələbələrinin Azərbaycan Beynəlxalq Bankının fəaliyyəti, bankda mövcud olan təcrübə proqramları barədə məlumatlandırılması, onların bu proqramlara cəlb olunması ilə maliyyə bazarları üçün peşəkar kadr hazırlığına dəstək, karyera istiqaməti seçimində gənclərin maarifləndirilməsi məqsədi daşıyıb.

Bank əməkdaşları tələbələrə bankın fəaliyyəti, məhsul və xidmətləri, fəaliyyət göstəriciləri, təcrübə proqramları və s. barədə ətraflı məlumatlar təqdim ediblər. İş həyatına doğru ilk uğurlu addımlar üçün CV-lərin peşəkar qaydada tərtibi, müsahibəyə hazırlıq barədə onlara tövsiyələr verilib. Tələbələrin sualları cavablandırılıb və CV-ləri qəbul olunub.

Azərbaycan Beynəlxalq Bankının İnsan Resurslarının idarə edilməsi və təşkilati işlər departamentinin direktoru Şölə Əkbərova bildirib: “Müvafiq ixtisaslara yiyələnən gənclərimizin öz bilik və bacarıqlarına uyğun karyera qurmalarına dəstək, onlara bu sahədə bərabər imkanların yaradılması üçün Azərbaycan Beynəlxalq Bankı bu cür tədbirləri digər ali təhsil müəssisələrində də təşkil etmək niyyətindədir”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

# 352
avatar

Oxşar yazılar