"Gilan Holding" "AITF 2018" sərgisində uğurla iştirak edib
12 aprel 2018 10:05 (UTC +04:00)

"Gilan Holding" "AITF 2018" sərgisində uğurla iştirak edib

 

 
“Gilan Holding” “AITF 2018” 17-ci Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində uğurla iştirak edib. Sərgidə “Gilan Holding”-i “Gilan Hospitality Group” təmsil edib. 
 
 
Həm yerli, həm də xarici ziyarətçilər “Gilan Hospitality Group”-un stendinə böyük maraq göstəriblər. Onlar Qafqaz Otellər Şəbəkəsi, Chenot Palace Hotel Gabala, Pullman Hotel Baku, Qəbələnd Əyləncə Mərkəzi, Heydər Əliyev adına Qəbələ Konqres Mərkəzi haqqında məlumat alıb, “Gilan Hospitality Group”-un xidmət və məhsulları ilə tanış olublar.  
 
 
Həmçinin “AITF 2018” sərgisində iştirak “Gilan Hospitality Group”-a yeni biznes əlaqələri qurmaq üçün də imkan yaradıb.
 
 
Bakı Ekspo Mərkəzində keçirilən “AITF 2018” sərgisi dünyanın 20 ölkəsindən 277 şirkət və təşkilatı qəbul edib və 90-dan çox turizm istiqamətini əhatə edib.
# 400
avatar

Oxşar yazılar