Məşhur “Pokrov Məhərrəm” azad edildi  –<span style="color:red;"> FOTO  - <span style="color:red;">VİDEO  - YENİLƏNİB
31 mart 2018 18:52 (UTC +04:00)

Məşhur “Pokrov Məhərrəm” azad edildi – FOTO - VİDEO - YENİLƏNİB

Rusiyada saxlanılan "Pakrov Məhərrəm" adı ilə tanınan iş adamı Məhərrəm Quliyev sərbəst buraxılıb.
 
 
 
Bu barədə APA-nın Moskva müxbirinə M. Quliyevin yaxınları məlumat verib. Onun saxlanılmasının səbəbləri hələlik açıqlanmır.
 
 
 
Bu gün M. Quliyevin həbs olunmasını özündə əks etdirən video "youtube" şəbəkəsində yerləşdirilib.

 

14:10

 

Moskvada “Pokrov Məhərrəm” kimi tanınan Məhərrəm Quliyev həbs olunub. Lent.az-ın əldə etdiyi məlumata görə, azərbaycanlı milyonçular Qod Nisanov və Zarah İliyevə məxsus və Avropanın ən böyük meyvə-tərəvəz bazası hesab edilən “Fud Siti”də qəfil əməliyyat keçirən Moskva polisi Məhərrəm Quliyevi ofisində qandallayıb. Onun hara aparıldığı bilinmir.

 

Əldə etdiyimiz məlumata görə, “Pokrov Məhərrəm” vergi məsələsiylə bağlı saxlanılıb. Söhbət ondan gedir ki, Nisanov və İliyev “Fud Siti”nin gerçək sahibləri olsalar da, bazanın idarəsi Məhərrəm Quliyevin əlindədir.

 

Əslən Şəmkir rayonundan olan Quliyev “Pokrov” ləqəbini məşhur “Pokrovsk” bazarını işlədərkən alıb. Bazanın yerləşdiyi qərbi Bryulovo rayonunda Orxan Zeynalovun Yeqor Şerbakovu öldürməsindən sonra başlayan qalmaqal o qədər böyüdü ki, “Pokrovsk” bazarı bağlandı.

 

“Pokrovsk” bazasının bağlanmasından sonra yəhudi əsilli iş adamları “Fud Siti”nin əsasını qoyaraq azərbaycanlıları məhz ora köçürmək istəyirdilər. Amma illərdir Moskva bazarında çalışan həmyerlilərimiz “Fud Siti”yə yox, Domodedovo rayonunda yerləşən və loqistik baxımdan daha əlverişli sayılan “Çetıre sezona”ya üz tutdular. Bunun bir səbəbi də, “Pokrov” bazasını işlədən Məhərrəmin və onun şəriki Nuruşun məhz bu bazanı seçməsi idi.

 

 

Məhərrəm və Nuruş isə illərdir məhz Rövşən Lənkəranskin patronajlığı altında çalışırdılar. Həmin bazanın əsl sahibləri Ananyev qardaşları və keçmiş avtoritet Timofey Kurqin olsa da, Moskvada heç kimə sirr deyildi ki, oranın “krışalığını” məhz Rövşən edirdi. Təkcə “Pokrov” bazasında yox, Moskvada bağlanmış bütün irili-xırdalı bazarlarında çalışan azərbaycanlılar Rövşənin timsalında etibarlı hami kimi məhz bu bazanı seçmişdilər. “Fud siti”nin mağaza və piştaxtaları isə həmin vaxt bomboş qalmışdı.

 

Məlumatda deyilir ki, “Çetıre sezona”nın qara günləri Məhərrəm və Nuruşun Rövşənə və bazar rəhbərliyinə pul atmasından sonra başladı. Bir yandan da illərdir Moskvada bazar idarəçiliyi ilə məşğul olan Məhərrəm və Nuruş “Fud siti” rəhbərliyi tərəfindən şirnikləndirilərək ora cəlb edildilər.

Hazırda Fud Siti hamı hadisələrin necə başa çatacağından narahatdır. Gəzən söhbətə görə, Nuruşun da polisə çağırılacağı gözlənilir.

 

# 1072
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar