<span style="color:red;">Bakı-Rostov yolunda DƏHŞƏT : Sevgilisini vəhşicəsinə öldürdü - <span style="color:red;">FOTO
31 mart 2018 13:01 (UTC +04:00)

Bakı-Rostov yolunda DƏHŞƏT: Sevgilisini vəhşicəsinə öldürdü - FOTO

Dağıstanda Bakı-Rostov trasında dəhşətli hadisə baş verib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, 25 yaşlı gənc sevgilisini daşla başına çırpa-çırpa  öldürüb. Məlumata görə, hadisə trasın Xasavyurt şəhərindən keçən hissəsində baş verib. Taksidən düşən gənc və sevgilisi əvvəl mübahisə ediblər. Sonra isə gənc qadını yerə yıxan sevgilisi onu təpikləməyə başlayıb. Bununla da ürəyi soyumayan gənc oğlan yolun kənarından tapdığı iri daş parçalarıyla sevgilisinin başına vurmağa başlayıb. Bir neçə zərbədən sonra qadın keçinib.

 

Dağıstan İstintaq Komitəsinin məsul işçisi Rəsul Temirbekovun bildirdiyinə görə, artıq qatil tutulub. Onun barəsində “qəsdən adam öldürmə” maddəsiylə cinayət işi açılıb.

 

# 366
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar