Azərbaycanlı milyonçuların bazarından saxta pul alan TUTULDU
31 mart 2018 11:56 (UTC +04:00)

Azərbaycanlı milyonçuların bazarından saxta pul alan TUTULDU

Rusiyanın Ryazan şəhərində Azərbaycan vətəndaşı saxta əsginaslarla saxlanılıb. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, onun üzərindən 131 ədəd 1000 rublluq pul götürülüb.

 

İstintaqa verdiyi ilkini ifadədə o bildirib ki, saxta pulları  Moskvada yerləşən “Sadovod”  bazarından əldə edib. Məqsədi isə Ryazanda reallaşdırmaq imiş.

 

Xatırladaq ki, “Sadovod” əslən Quba rayonundan olan milyonçular Qod Nisanov və Zarah İliyevə məxsusdur.

# 340
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar