Onlarla azərbaycanlını 2 otaqlı mənzilinə qeydiyyata salan qadın HƏBS EDİLDİ

Rusiyanın Tümen şəhərində 35 yaşlı qadın saxlanılıb. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, o, onlarla Azərbaycan vətəndaşını iki otaqlı mənzilinə qeydiyyata salmaqda ittiham edilir.

 

Məlumata görə, iki otaqlı evdə anası və üç uşağı ilə birgə yaşayan qadın barəsində Tümen şəhər prokurorluğunda cinayət işi qaldırılıb.

Mənzilə qeydiyyata düşən azərbaycanlılar barədə inzibati qaydada ölçü götürüləcək.

 

 

LENT

21 Aprel 2019
20 Aprel 2019

Digər xəbərlər >>>