Azərbaycanlı deputatı tutduran biznesmen həmyerlimiz <span style="color:red;">SAXLANILDI
31 mart 2018 11:27 (UTC +04:00)

Azərbaycanlı deputatı tutduran biznesmen həmyerlimiz SAXLANILDI

Rusiyanın Arxangelsk şəhərində “Abşeron” restoranın sahibi Ərəstun Məcidov həbs edilib. Lent.az-ın “Exo Severa” qəzetinə istinadən verdiyi xəbərə görə, o, miqrantlara saxta sənəd düzəltməkdə ittiham edilir.

 

Məlumata görə, təxminən bir il əvvəl Ərəstun Məcidovun adı Arxangelsk şəhər Dumasının üzvü, azərbaycanlı deputat Hüseyn Əliyevin cinayət işində əsas fiqurant kimi keçirdi. O, Hüseyn Əliyevin əleyhinə ifadə verərək deputatı rüşvət almaqda ittiham edib. Məhz onun ifadələri əsasında Hüseyn Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Bir qədər əvvəl isə Ərəstun Məcidov Arxangelsk vilayətinin “Pomorye” telekanalının jurnalisti Litomini döymüşdü. Amma hansısa yolla məsuliyyətdən qaça bilmişdi.

# 276
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar