<span style="color:red;">Xarkovda restorana basqın : azərbaycanlını başından güllələdilər - <span style="color:red;">YENİLƏNİB
30 mart 2018 12:07 (UTC +04:00)

Xarkovda restorana basqın: azərbaycanlını başından güllələdilər - YENİLƏNİB

 

Xarkovda restoranda baş verən hadisənin bəzi detalları məlum olub. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, hadisə Xarkovdakı "Ağdam" restoranının qarşısında baş verib. Gecə saatlarında restorandan çıxan 10 nəfərə gözlənilmədən bir neçə nəfər atəş açıb. Nəticədə onların arasında olan Azərbaycan vətəndaşı başından güllə yarası alıb. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. Yaralanan Gürcüstan vətəndaşına isə ilkin tibi yardım göstərildikdən sonra evə buraxılıb.

Məlumata görə, atəş açanlar həyətdəki “Toyota” markalı maşını da gülləylə sıradan çıxarıblar. Onlar silahlarını da hadisə yerində qoyublar.

 

***

 
 
11:25
 
 
 
Ukraynanın Xarkov şəhərində Azərbaycan vətəndaşı öldürülüb.
 
 
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, hadisə şəhərdəki restoranların birində baş verib. Maskalı şəxslər restoranın kabinetlərindən birinə soxularaq oradakılara atəş açıblar.
 
 
Nəticədə orda olan Azərbaycan vətəndaşı öldürülüb, bir Gürcüstan vətəndaşı isə yaralanıb.
 
 
Qatillər hadisə yerindən qaçıblar.
# 279
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar