<b>Azərbaycanlıdan rüşvət tələb edən sahə müvəkkili həbs edildi</b>
17 mart 2018 14:40 (UTC +04:00)

Azərbaycanlıdan rüşvət tələb edən sahə müvəkkili həbs edildi

 

Dağıstanın Şamxal qəsəbəsində azərbaycanlı miqrantdan rüşvət tələb edən sahə müvəkkili həbs edilib.

 

Lent.az-ın yerli KİV-ə istinadən məlumata görə, 28 yaşlı Elmin Həsənov hüquq-mühafizə orqanlarına müraciət edərək yerli sahə müvəkkilinin ondan 19 min rubl (təxminən 300 dollar) rüşvət istədiyi barədə məlumat verib. Dağıstan DİN-in mətbuat xidmətinin rəhbəri Ruslan İbrahimhacıyevin bildirdiyinə görə, rüşvət istəmə faktıyla bağlı 3 nəfər polis işçisi həbs edilib. Sonradan onlardan iksi sərbəst buraxılıb. Sahə müvəkkili barədə isə cinayət işi açılaraq haqqında həbs qətimkan tədbiri seçilib.

 

 

# 423
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar