19 qadını zorlayıb öldürənə ömürlük həbs - RUSİYADA
05 mart 2018 13:38 (UTC +04:00)

19 qadını zorlayıb öldürənə ömürlük həbs - RUSİYADA

Rusiyanın Novosibirsk vilayət məhkəməsi keçmiş polis işçisi Yevgeni Çuplinski barədə hökm çıxarıb. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Çuplinski 19 qadını zorlayıb öldürməkdə ittiham olunub.

Qətl hadisələri 7 il ərzində baş verib. Çuplinski qadınlarla təsadüfən tanış olub onları öz avtomobilyilə şəhər kənarına aparırmış. Sonra isə zorlayıb öldürürmüş. Öldürəndən sonra isə qurbanlarını doğrayıb, onların bədən hissələrini şəhərin müxtəlif zibilliklərinə atırmış.

Məhkəmə zamanı o, bütün günahlarını etiraf edib.

 

# 258
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar