Azərbaycanda ilk uşaq müziklının premyerası - “Ələddin”
02 mart 2018 17:01 (UTC +04:00)

Azərbaycanda ilk uşaq müziklının premyerası - “Ələddin”

Azərbaycanda “Ələddin” adlı ilk uşaq müziklının premyerası olacaq. Lent.az-ın məlumatına görə, premyera 15 aprel, saat 13:00-da, Heydər Əliyev sarayında keçiriləcək.

Müziklın quruluşçu-rejissoru – Azərbaycan Respublikasının Əməkdar artisti İnarə Babayevadır. Rollarda –populyar estrada ulduzları Zamiq Hüseynov, Sevda Yəhyayeva, Emiliya Yaqubova, Azərbaycan Respublikasının Əməkdar artisti Ələkbər Əliyev, Hüseyn Abdullayev və başqa tanınmış aktyor və müğənnilər çıxış edəcəklər.

Şərq koloriti, ritmik rəqslər, yumor, maraqlı dekorasiyalar, ən əsası isə populyar müğənni və aktyorların ifa edəcəyi bənzərsiz musiqi təkcə balacaların deyil, böyüklərin də ürəyincə olacaq.

Şübhəsiz ki, Azərbaycanın tarixində ilk uşaq müziklı ölkəmizin mədəni həyatında əsl hadisəyə çevriləcək. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz. Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

 

# 533
avatar

Oxşar yazılar