Daşnaklar Ermənistana yeni prezident seçdilər: <span style="color:red;">Armen Sarkisyan
02 mart 2018 12:39 (UTC +04:00)

Daşnaklar Ermənistana yeni prezident seçdilər: Armen Sarkisyan

Bu gün Ermənistan parlamentində gizli səsvermə yoluyla ölkənin yeni prezidentinin seçkisi keçirilib. Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə,  Armen Sarkisyan ölkənin yeni prezidenti seçilib. Onun namizədliyini Ermənistan parlamentinin 90 üzvü dəstəkləyib, 10 nəfər əleyhinə səs verib. 

Qeyd edək ki, A. Sarkisyan ölkəsinin Böyük Britaniyada səfiri vəzifəsində çalışırdı. O, daha əvvəl Ermənistanın baş naziri olub. Sarkisyanın namizədliyi Respublikaçılar partiyası və “Daşnaksütun” tərəfindən irəli sürülüb və dəstəklənib.

 

 

# 393
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar