Tovuzda öldürülən ər və arvadı dəfn edildi
25 fevral 2018 15:30 (UTC +04:00)

Tovuzda öldürülən ər və arvadı dəfn edildi

Tovuz rayonunda qətlə yetirilmiş ər və arvadı dəfn edilib. Lent.az-ın Tovuza ezam olunmuş əməkdaşı xəbər verir ki, naməlum şəraitdə qətlə yetirilmiş 73 yaşlı Fərman Məmmədovla həyat yoldaşı, 68 yaşlı Pakizə Mirzəyeva bu gün rayonun Qaraxanlı kənd qəbiristanlığında dəfn edilib.

 

Hadisə barədə geniş reportajı sabah Lent.az-da oxuya bilərsiz.

 

Qeyd edək ki, ər və arvadının meyitləri yaşadıqları 7 otaqlı evin ayrı-ayrı otaqlarından tapılıb. İlkin araşdırmalar zamanı F.Məmmədovun baş nahiyəsində, əl-ayağı və ağzı lentlə bağlanmış P.Mirzəyevanın isə bədəninin müxtəlif yerlərində yanıq xəsarətləri aşkarlanıb. Hər iki şəsin qətlə yetirildikdən sonra cəsədlərinin yandırıldığı ehtimal olunur.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, meyiti yandırılan Pakizə Mirzəyeva AFFA-nin keçmiş prezidenti Ramiz Mirzəyevin bacısıdır. O, Tovuz rayon Mərkəzi Xəstəxanasında həkim işləyirmiş.

 

Qeyd edək ki, bu, Mirzəyevlərlə bağl son aylarda baş vermiş üçüncü dəhşətli hadisədir. Belə ki, mərhum Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev ötən həftə Sabirabadda yol qəzasında həlak olmuşdu. Keçmiş AFFA prezidentinin qardaşı oğlu Orxan Mirzəyev isə ötən ilin yayında Hacıqabulda "Toyota Land Cruiser"in aşması nəticəsində həlak olmuşdu.

# 199
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar