Bir sıra sənət adamları mükafatlandırıldı - <span style="color:red;">FOTOLAR
09 fevral 2018 16:33 (UTC +04:00)

Bir sıra sənət adamları mükafatlandırıldı - FOTOLAR

Azərbaycanlı müğənni Roza Zərgərli bu gün Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlərlə görüş keçirib. Lent.az-ın məlumatına görə, tədbirdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən türkdilli ölkələrin müstəqilliyinin əldə olunmasının 25 illiyinə həsr olunmuş xatirə medalları azərbaycanlı sənət adamlarına təqdim edilib. Tədbirdə təşkilatın rəhbəri Düsen Kaseinov çıxış edərək bildirib ki, TÜRKSOY-un Azərbaycanla sıx mədəni əlaqələri var:

 

“Azərbaycanla bağlı çoxsaylı tədbirlərimiz olub və bu, gələcəkdə də davam edəcək. Təşkilatın medalı indiyədək Azərbaycandan bir neçə sənətkara təqdim olunub. Biz çox şadıq ki, Azərbaycanda da TÜRKSOY-a yüksək səviyyədə münasibət var. Bilirsiniz ki, bu il türk dünyasında bir sıra əlamətdar hadisələrin ildönümüdür. TÜRKSOY-un 25-ci, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü, görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik, eləcə də türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun 90-cı ildönümüdür. TÜRKSOY türk xalqlarının mədəni əlaqələrinin gücləndirilməsində əlindən gələni edir. Bu işdə bizə töhfə verən Azərbaycanın sənət adamlarına hər zaman minnətdarıq”.

 

Qeyd edək ki, sonda Türk xalqlarının mədəniyyətinə verdiyi töhfələrə görə xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev və müğənni Roza Zərgərli təltif olunublar.

# 538
avatar

Yalçın UĞUR

Oxşar yazılar