Elxan  Əhədzadənin 70 illik yubileyi qeyd ediləcək
25 yanvar 2018 12:09 (UTC +04:00)

Elxan Əhədzadənin 70 illik yubileyi qeyd ediləcək

Yanvarın 29-u saat 19:00-da  Azərbaycan Televiziyasının «Mədəniyyət» kanalının, Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi, xalq artisi, vokal sənətinin görkəmli nümayəndələrindən olan Elxan  Əhədzadənin 70 illik yubileyinə  həsr edilmiş bədii gecə keçiriləcək. Lent.az-ın məlumatına görə, gecədə Elxan Əhədzadənin həyat və yaradıcılığından,maraqlı ömür  yolundan bəhs edən videomateriallar nümayiş olunacaq.Həmçinin Azərbaycanın tanınmış vokal ifaçılarının, mədəniyyət və incəsənət nümayəndələrinin çıxışları yer alacaq. Elxan Əhədzadənin işıqlı xatirəsinə  həsr olunan bədii gecəyə musiqinu sevən, dəyər verən hər kəsi dəvət edirik.

Qeyd edək ki, Elxan Əhədzadə 30 yanvar 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. 1967-ci ildə C.Cabbarlı  adına Kinostudiyanın “kino aktyoru” kursunda Adil İsgəndərovun sinfini bitirir.1969-cu ildə Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərir.1972-1977-ci illərdə  İncəsənət  İnsititutunun”Musiqili Komediya aktyoru”fakultəsini bitirir.Və həmin ildən də Azərbaycan Dövlət Musiqili Komediya teatrinda aktyor kimi çalışır.R.Hacıyevin “Mama ya jenyus”,”Kavkazskaya plemyanitsa” və s. əsərlərdə baş rollarda çıxış edir.

Sonralar bir müddət  Rəşid Behbudovun “Mahnı Teatrı”nda fəaliyyət göstərir.Həmçinin  kinostudiyada  “Çətirimiz buludlardır”.”Üzü küləyə” filmlərində baş rollarda çıxış edir.”Bəylik dərsi”,”Babək”, “Ordan-burdan”,”Həyat bizi sınayır” filmlərində maraqlı rollar yaradır.

Çingiz Əhədzadənin opera sahəsində bir-birindən maraqlı obrazlar yaradıb.Ü.Hacıbəylinin”Leyli və Məcnun”əsərində Nofəl, C.Bizenin ”Karmen” operasında  Eskamin, R. Mustafayevin “Vaqif ”operasında  Şah Qacar, S.Ələsgərovun ”Solğun Çiçəklər” də Bəhram, C.Verdinin “Riqoletto”əsərində Riqoletto və başqa rollari ilə yadda qalıb.

Elxan Əhədzadə uzun illər Azərbaycan Televiziyası və Radiosunun Tofiq Əhmədov adına estrada-simfonik orkestrində solist kimi çalışıb.Həmçinin respublikanın ən mötəbər tədbirlərində çıxışlar edib.

2010-cu ildə dünyasını dəyişən sənətkarın işıqlı xatirəsi qəlbimizdə yaşayır.Onun sənət inciləri AzərbaycanTeleviziyası və Radiosunun fondunda qorunub saxlanılır.

 

Lent.az tədbirə informasiya dəstəyi verir.

 

# 433
avatar

Oxşar yazılar