Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək
18 yanvar 2018 18:29 (UTC +04:00)

Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək

Fevralın 21-də Heydər Əliyev Sarayında Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək. Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yubiley gecəsində xalq artistləri, əməkdar artistlər və məşhur ifaçılar iştirak edəcək.
 
 
 
Konsertdə tamaşaçılar musiqi mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş Elza İbrahimovanın sevilən musiqilərini dinləyəcək. Gecədə bəstəkarın uzun illər görkəmli ifaçılar tərəfindən səsləndirilən mahnıları, unudulmaz bəstələri – “Bilməzdim”, “Gecələr bulaq başı”, “Sən yadıma düşəndə”, “Bakının işıqları”, “Sevgilim tut əlimdən”, “Mehribanım”, “O gözlər, o gözlər”, “Gəl barışaq”, “Qurban verərdim”, “Daha məndə dözüm yox”, “Yoxluğunu bilə-bilə”, “Ey vətən” və digər nəğmələri səsləndiriləcək.
 
 
 
Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-80 manat təşkil edir.
 
 
 
Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən əldə etmək olar. 
# 433
avatar

APA Baycan

Oxşar yazılar