"Azərkitab-Kitab Təbliğatı Mərkəzi" "İlin layihəsi" nominasiyasının qalibi oldu
27 dekabr 2017 16:32 (UTC +04:00)

"Azərkitab-Kitab Təbliğatı Mərkəzi" "İlin layihəsi" nominasiyasının qalibi oldu

 

“Azərkitab-Kitab Təbliğatı Mərkəzi” fəaliyyətə başlandığı qısa zaman kəsiyində bir sıra layihələrə imza atmışdır. Elm, təhsil müəssisələrinin  dövrümüzün öndə gedən sayılıb seçilən ziyalılarının, dövlət xadimlərinin diqqətini mərkəz olaraq özünə cəlb edə bilib.
 
 
 
 “Azərkitab-Kitab Təbliğatı Mərkəzi” ndə davamlı olaraq keçirilən görüşlər gənclərin intellektual səviyyəsinin yüksəlməsində, mütaliyəyə marağının artırılmasında müstəsna rol oynamağa başlayıb. Mərkəzin fəaliyyət proqramında xeyriyyə aksiyaların təşkil olunması  xüsusi yer tutur.
 
 
 “Azərkitab-Kitab Təbliğatı Mərkəzi” layihəsi artıq cəmiyyətin diqqət mərkəzinə çevrilmişdir, çətin olsa da kitaba qayıdışında olan mürəkkəb məsələlərin həllində nümunə göstərməyə başlayıb. 
 
 
Müstəqil Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin bu gün onun siyasətini uğurla davam etdirən ölkə prezidenti İlham Əliyevin, əməlləri ilə mənəviyyatımıza işıq salan birinci vitse prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dünyada məhşur olan ictimai-siyasi mövqeyi “İlin Layihəsi” nominasiyasının qalibi “Azərkitab-Kitab Təbliğatı Mərkəzi” nin fəaliyyət proqramına çevrilib. 
# 321
avatar

Oxşar yazılar