Prezident bu şəxsləri mükafatlandırdı - <span style="color:red;">SƏRƏNCAM
19 dekabr 2017 18:24 (UTC +04:00)

Prezident bu şəxsləri mükafatlandırdı - SƏRƏNCAM

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşları Kərimova Elnurə Camal qızı və Tağıyeva Leyla Əliyevna “Tərəqqi” medalı ilə təltif ediliblər.

 

Prezidentin növbəti sərəncamı ilə Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin ı əməkdaşları Hüseynova Elmira Bahadur qızı, Əsədova Nailə Əsəd qızı və İsmayılov Zakir Xeyrulla oğluna “Əməkdar müəllim” fəxri adı verilib.

# 386
avatar

Oxşar yazılar