"Prezidentin necə öləcəyini dünyaya göstərəcəm" - <span style="color:red;">Saakaşvili
11 dekabr 2017 16:50 (UTC +04:00)

"Prezidentin necə öləcəyini dünyaya göstərəcəm" - Saakaşvili

Bir qədər əvvəl Kiyevdə keçirilən məhkəmədə Saakaşvili yenidən həbsxanaya qayıdacağı təqdirdə aclıq aksiyasını davam etdirəcəyini bildirib.

Eks-prezident,  onu da qeyd edib ki, özünü əsir götürülən əsgər kimi hiss edir. 
 

 

“Mən heç kimdən qorxmuram. Prezidentin necə olduğunu dünyaya göstərdiyim kimi necə ölə biləcəyini də sübut edəcəm. Həbsxanaya qaytarsalar, ölənə kimi aclığa davam edəcəyəm. Və hamı bu qətlin kimin törətdiyini biləcək”.

 

***

 

 

Bir qədər əvvəl Mixail Saakaşvili Kiyev şəhər Peçorsk rayon məhkəməsinə aparılıb. Lent.az-ın Ukrayna KİV-ə istinadən məlumatına görə, bir azdan məhkəmə onun haqda qərara çıxarmalıdır.

O, cinayətkar dəstə yaratmaqda və hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunur.

İttiham aktında o da deyilir ki, Saakaşvilinin Kiyevdə keçirdiyi aksiyaları eks-prezident Viktor Yanukoviç və ona yaxan olan iş adamı Kurçenko tərəfindən maliyyələşdirilib.

# 288
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar