<span style="color:red;">“Şellenberq” ölüm ayağında:  Tabakov komadan çıxacaqmı?
03 dekabr 2017 12:40 (UTC +04:00)

“Şellenberq” ölüm ayağında: Tabakov komadan çıxacaqmı?

Məşhur sovet və rus aktyoru Oleq Tabakov ağır vəziyyətdə 1 saylı Moskva şəhər xəstəxanasına yerləşdirilib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, məşhur aktyor koma vəziyyətindədir. Həkimlər onun həyatını xilas etmək üçün çalışırlar.

 

Məlumata görə, aktyor bir sıra xəstəlikdən əziyyət əkir.

 

1935-ci ildə Saratov şəhərində anadan olmuş Oleq Tabakov SSRi xalq artisti, SSSRi dövlət mükafatı laureatıdır. Ömrü boyu onlarla filmə çəkilən və quruluş verən Tabakov son illər Çexov adına teatrda çalışır. O, teatrın bədii rəhbəridir. Tabakovun yaratdığı rollar arasında “Baharın 17 anı” filmindəki Valter Şellenberq rolu xüsusi yer tutur.

# 174
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar