<b>Rusiyada arvadının və qızının başını kəsən azərbaycanlıya </b>ÖMÜRLÜK HƏBS
30 noyabr 2017 10:37 (UTC +04:00)

Rusiyada arvadının və qızının başını kəsən azərbaycanlıya ÖMÜRLÜK HƏBS

Rusiyada arvadının və 4 yaşlı qızının başını kəsən azərbaycanlıya ömürlük həbs cəzası verilib.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Orenburq Vilayət məhkəməsi 33 yaşlı azərbaycanlı Rauf Qardaşovu birgə yaşadığı qadını və onların qızını qətlə yetirməkdə təqsirli bilib.

O, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Xatırladaq ki, hadisə ötən il noyabrın 3-də baş verib. Şəhərin Dombarovski küçəsində yaşayan Rauf Qardaşov arvadının və qızını öldürərək qaçmışdı. Hadisədən bir neçə gün əvvəl yerli məhkəmə onun deportasiya edilməsi barədə qərara çıxarıbmış. Qərar  yaxın günlərdə həyata keçiriləcəkmiş.

# 219
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar