Cövdət Hacıyevin 100 illiyi Londonda qeyd olundu
25 noyabr 2017 22:04 (UTC +04:00)

Cövdət Hacıyevin 100 illiyi Londonda qeyd olundu

Londonda Azərbaycan klassik musiqisinin dəyərli simalarından biri olan Cövdət Hacıyevin 100 illiyinə həsr olunmuş konsert proqramı tərtib edilib.

 

APA-nın xəbərinə görə, “Anglo Azərbaycan” Cəmiyyəti və TEAS-ın təşkilatçılığı ilə keçirilən tədbir Londonun “St John’s Smith Square” konsert zalında keçirilib.

 

C. Hacıyevin qızı Pərvin Muradovanın açılış sözləri ilə başlayan konsert proqramında görkəmli bəstəkarın əsərləri Cefri Verbok (tar və kamança), Sabrina Özden (soprano), Hayredin Hoxka (çello), Səbinə Rakçayeva və Elvin Qəniyev (skripka), Kamilla Şahtaxtinskaya, Vivian Fanq Liu və Yelena Makarova (fortepiano) tərəfindən ifa edilib.

 

Sənətçilərin çıxışları izləyicilər tərəfindən yüksək qiymətləndirilib.

 

Aytən Abbaslı

# 316
avatar

Oxşar yazılar