"Musiqidən xəbəri olmayanları dinləyənləri görəndə..." - <span style="color:red;">Qənirə Paşayeva
21 noyabr 2017 12:56 (UTC +04:00)

"Musiqidən xəbəri olmayanları dinləyənləri görəndə..." - Qənirə Paşayeva

Millət vəkili Qənirə Paşayeva bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəylə görüşüb.

 

Lent.az-ın məlumatına görə, görüşdə Q.Paşayeva bildirib ki, dünyanın hər yerinə getdiyimiz zaman ilk öncə fəxrlə danışdığımız mədəniyyətimizdir və musiqimizin inkişafında xidməti olan bütün dəyərli bəstəkarların yanında olmaq, onlara dəstək göstərmək cəmiyyətimizin hər bir üzvünün borcudur. Millət vəkili bidirib ki, ölkəmizdə gənclərin musiqiyə meylinin artması çox vacibdir:

 

"Mən iki müəllimin qızıyam. Yaddımdadır hələ ibtidai sinifdə oxuyurdum. Atam məni musiqi məktəbinə piano sinifinə yazdırmışdı. Biz zəngin ailə deyildik və o zaman piano almaq çətin idi və mən uzun illər keçməsinə baxmayaraq atamla anamın qonşu otaqda söhbətlərini heç unutmuram. Anam dedi ki, evimizdə piano almaq üçün pul azdır və əgər alsaq heç pulumuz qalmayacaq, qarşıdan isə qış gəlir, isti geyimlıər almaq lazımdır, evdə az da olsa pul olmalıdır. Atam anama dedi ki, köhnə isti paltarlarımızı geyinərək, lazım olsa yeməyə də daha az pul xərcləyərik, amma o piano Qənirəyə alınacaq və o, mütləq musiqi məktəbinə gedəcək. O piano bu gün də evimin ən əziz əşyasıdır. Çünki onun mənəvi çəkisi maddi çəkisindən min dəfələrlə daha ağırdır. İkinci unutmadığım xatirəm isə odur ki, o zaman piano sinifləri 7 illik idi və diplom almaq üçün 7 il oxumaq lazım idi. Yuxarı siniflərə gəldiyimdə hər gün məşğələlərə gedirdim, o zamanlar tibb universitetinə öz biliyinə ilk il daxil olmaq çox çətin idi. Eyni zamanda musiqi dərslərinə də getməli idim. Bir gün atama dedim ki, əgər məsləhət olarsa musiqi məktəbinə getməyim daha. Çünki mən musiqi təhsilinin davamı üçün konservatoriyaya getməyəcəm və mənə 7 illik musiqi diplomu lazım deyil. Amma musiqi məktəbi, məktəb və bütün günü məşğələlər çox çətindir və əgər musiqi məktəbinə getməsəm, o zamanı da dərslərə ayıra bilərəm. Atamın o zaman mənə söylədiyi sözü heç unutmuram və hər zaman ailələrlə görüşdə söyləyirəm. Atam dedi ki, qızım mən sizi musiqi məktəbinə göndərəndə musiqiçi olmağınızı istəmirdim, bu  Allahın bir vergisidir və əgər sizdə böyük musiqi istedadı olsa, onsuz da arxasınca gedəcəkdiniz, istədim ki, ən azı musiqinin nə olduğunu anlayasınız, biləsiniz. Ona görə də musiqi məktəbləri artmalıdır, ailələr uşaqlarının musiqi məktəblərinə daha çox göndərməlidirlər. Bu həm musiqi mədəniyyətimizin inkişafı. böyük istedadların daha çox ortaya çıxması, həm də musiqi zövqümüzün korlanmamasıı üçün lazımdır. Bu gün musiqidən xəbəri olmayan bəzi müğənniləri dinləyən yüzlərlə gənci görəndə çox üzülürəm və doğurdanmı bu gənclər onların oxuduqlarını sevirlər deyə təccüblənməklə yanaşı üzülürəm də".

 

Sonda millət vəkili Firəngiz Əlizadəyə g bildirib ki, onu Milli Məclisdə Bəstəkarlar İttifaqının təmsilçisi olaraq da görə bilər: "Sizə hər zaman böyük uğurlar arzulayıram”. 

# 433
avatar

Oxşar yazılar