Prezident onların maaşını artırdı - <span style="color:red;">SƏRƏNCAM
03 noyabr 2017 18:15 (UTC +04:00)

Prezident onların maaşını artırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, noyabrın 1-dən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinə aid olan işçilərinin aylıq vəzifə maaşlarına 500 manat məbləğində prezidentin əlavəsi müəyyən edilib.

 

Həmçinin, prezidentin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən, M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusu verilib. Bu barədə qərar noyabrın 1-dən tətbiq ediləcək.

# 472
avatar

Oxşar yazılar