[b]Rafiq Hüseynov sabah II Fəxri xiyabanda dəfn olunacaq[/b]
01 noyabr 2017 13:38 (UTC +04:00)

[b]Rafiq Hüseynov sabah II Fəxri xiyabanda dəfn olunacaq[/b]

Xalq artisti, məşhur diktor Rafiq Hüseynov sabah II Fəxri xiyabanda dəfn olunacaq. Bu barədə APA-ya Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. Onun sözlərinə görə, xalq artisti ilə vida mərasimi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Vida mərasimi saat 10:00-dan 12:00-dək davam edəcək.
 
Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək
 
Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi. 
# 348
avatar

APA Baycan

Oxşar yazılar