“Azərkitab” “İlin ən uğurlu layihəsi” mükafatına layiq görülüb
30 oktyabr 2017 18:48 (UTC +04:00)

“Azərkitab” “İlin ən uğurlu layihəsi” mükafatına layiq görülüb

“Azərkitab” Kitab Təbliğatı Mərkəzi “İlin ən uğurlu layihəsi” mükafatına layiq görülüb. Lent.az-ın məlumatına görə, Hilton oteldə keçirilən “The First 2017” mükafatının təqdimetmə mərasimində Milli Məclisin deputatları, Azərbaycan və Türkiyənin tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər. “Xəyal production”ın təsis etdiyi "The First" mükafatına deputat İsa Həbibbəyli, Xalq Yazıçısı Anar, Xalq artistləri Firəngiz Əlizadə, Vaqif Mustafayev, Rasim Balayev, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç və digərləri ilə yanaşı “Azərkitab” Kitab Təbliğatı mərkəzi də layiq görülüb.

 

“İlin ən uğurlu layihəsi” mükafatını alan “Azərkitab” Kitab Təbliğatı mərkəzinin layihə rəhbəri Sabir Həsənov elmi- tərəqqinin rolunun sürətlə artdığı bir dövrdə ölkəmizdə də təhsilin və elmin inkişaf etdirilməsində kitabın rolunu xüsusi vurğulayaraq bu şərəfli işlə məşğul olduğundan qürur hissi keçirdiyini bildirib.

 

Qeyd edək ki, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinə oxucular üçün hər cür şərait yaradılıb. Hər sahəni əhatə edən zəngin kitabxana, geniş oxu zalı, konfrans zalı, uşaqlar üçün xüsusi məkan, “book cafe” fəaliyyət göstərir.

# 309
avatar

Oxşar yazılar