Bakıda "Keloğlan Masalları" interaktiv müziklı təqdim olunub
23 oktyabr 2017 12:51 (UTC +04:00)

Bakıda "Keloğlan Masalları" interaktiv müziklı təqdim olunub

Heydər Əliyev Sarayında Ankara teatrının iştirakı ilə "Keloğlan Masalları Müzikali-2. Uzun-Huysuz Uzayda" yeni interaktiv müziklı təqdim olunub.

 

Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, türk cizgi filmindən səhnəyə uyğunlaşdırılan, musiqisi və ssenarisi peşəkar qrup tərəfindən hazırlanan və yüz minlərlə tamaşaçının rəğbətini qazanan "Keloğlan Masalları" müziklının yeni bölümü uşaqların marağına səbəb olub.

 

Yalnız bir gün və iki seans olan müzikl mahnıları, rəqsləri, qəhrəmanları, mövzusu ilə uşaqlara, eləcə də böyüklərə möhtəşəm əyləncə bəxş edib.

 

Qeyd edək ki, APAAPA TV, Lent.azVesti.az müziklın informasiya dəstəkçisidir.

# 573
avatar

APA Baycan

Oxşar yazılar