Zamiq Hüseynov solo konsert verəcək – Video anons
20 oktyabr 2017 11:47 (UTC +04:00)

Zamiq Hüseynov solo konsert verəcək – Video anons

 

 

 

Gənc, populyar və sevilən müğənni Zamiq Hüseynov noyabr ayının 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında canlı konsert proqramı ilə çıxış edəcək. Lent.az xəbər verir ki, “Kaman” adlanan konsertdə Zamiq öz ifasında sevilib populyarlıq qazanan mahnıları ilə yanaşı, görkəmli və əbədiyaşar bəstəkarlar Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev, Cahangir Cahangirov və digər bəstəkarların unudulmaz mahnılarını ifa edəcək. Müğənnini Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestri müşayiət edəcək.

 

 

 

Konsertin informasiya dəstəkçiləri APA, APA.TV, Lent.az və vesti.az-dır.

# 306
avatar

Oxşar yazılar