“Daşın nəğməsi” Bakıda
10 oktyabr 2017 23:54 (UTC +04:00)

“Daşın nəğməsi” Bakıda

Oktyabrın 10-da Bakının Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşkilatçılığı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə “Daşın nəğməsi” II Beynəlxalq heykəltəraşlıq simpoziumu keçirilib.

 

Heydər Əliyev Fondundan Lent.az-a verilən xəbərə görə, simpoziuma Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Yeni Zelandiya, İran, Tunis, İordaniya, İspaniya, Serbiya, Böyük Britaniya və Çindən 20 heykəltəraş qatılıb.

 

İştirakçılar simpozium zamanı Qala qəsəbəsində açıq səma altında təbii daşlardan müxtəlif mövzuda əsərlər yaradıblar.

 

Əsərlərin təqdimatı mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

Simpoziumun iştirakçısı olan heykəltəraşlar təəssüratlarını müxbirimizlə bölüşüblər.

 

Tədbirdə Azərbaycanın Beynəlxalq Heykəltəraşlar Simpoziumu Alyansına üzv olduğu qeyd edilib.

 

 “Daşın nəğməsi” Beynəlxalq heykəltəraşlıq simpoziumu ilk dəfə 2016-cı ildə keçirilib və tədbirdə 10 ölkədən 14 heykəltəraş iştirak edib. Simpozium çərçivəsində yaradılan işlər hazırda Bakının Xətai rayonunda yerləşən “Sevirəm” park kompleksində sərgilənir.

# 311
avatar

Oxşar yazılar