<b>"Euronews" Lahıcdan reportaj təqdim etdi</b>
04 oktyabr 2017 04:57 (UTC +04:00)

"Euronews" Lahıcdan reportaj təqdim etdi

"Euronews" telekanalının "Postcards" proqramı növbəti reportajını Azərbaycanın Lahıc şəhərinə  həsr edib. APA-nın xəbərinə görə, Avrora Velesin müəllifi olduğu reportajda, "Postcards" proqramının tamaşaçıları Azərbaycan haqqında məlumatlandırmaqda davam etdiyi qeyd olunur.

 

Materialda qeyd olunur ki, Lahıc şəhəri XVIII-XIX əsrlərdə mis qab və soyuq silah hazırlanmasında əsas istehsalat mərkəzlərindən biri olub.

 

Reportajda Lahıcda hazırlanmış mis əşyaların Luvr və dünyanın digər mötəbər muzeylərində sərgiləndiyi  vurğulanır: “Lahıc tarix-mədəniyyət qoruğu “Böyük İpək Yolu” beynəlxalq turizm  marşrutuna daxil edilib”.  

# 353
avatar

Oxşar yazılar