[b]Kamal Abdullayevə prezidentin fərdi təqaüdü təyin olunub[/b]
03 oktyabr 2017 18:14 (UTC +04:00)

[b]Kamal Abdullayevə prezidentin fərdi təqaüdü təyin olunub[/b]

Prezident İlham Əliyev Kamal Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla Azərbaycanda təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Kamal Mixman oğlu Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək. 

# 322
avatar

Oxşar yazılar