Ukraynada dəhşətli yanğında ölən azərbaycanlıların adları bilindi  - YENİLƏNİB
03 oktyabr 2017 19:41 (UTC +04:00)

Ukraynada dəhşətli yanğında ölən azərbaycanlıların adları bilindi - YENİLƏNİB

Ukraynada Zaporojye şəhərindəki hostellərdən birində baş vermiş yanğın zamanı ölən azərbaycanlıların adları məlum olub.

 

APA-nın məlumatına görə, bunlar Ukrayna vətəndaşı, əslən Saatlı rayonunun Minbaşılı kənd sakini, 1962-ci il təvəllüdlü Zeynalov İlham Nuru oğlu, Azərbaycan vətəndaşı, Cəlilabad şəhər sakini, 1955-ci il təvəllüdlü Yelçiyev Balamirzə Ağamirzə oğlu, Azərbaycan vətəndaşı, Ağdaş şəhər sakini, 1968-ci il təvəllüdlü Əliyev Yaşar Məzahir oğlu və Azərbaycan vətəndaşı, Sabirabad rayonunun Türkadi kənd sakini, 1978-ci il təvəllüdlü Abuşov İntiqam Yaşar oğludur.     

 

Qeyd edək ki, iki gün əvvəl Ukraynanın Zaporojye şəhərindəki hostellərdən birində baş verən yanğında 4 azərbaycanlı ölüb. Hosteldə baş verən yanğın zamanı 4 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb. Ölən digər şəxs hostelin mühafizəçisi olub. Aralarında 2009-cu il təvəllüdlü uşağın olduğu 4 nəfər isə xilas edilib.

 

Hosteldə əsasən topdansatış tərəvəz bazarının satıcılarının qaldığı bildirilir.

 

***

 

Ukraynada baş verən dəhşətli yanğında ölən azərbaycanlılardan biri Ağdaş, biri Cəlilabad, ikisi isə Sabirabad rayonunun sakinləri olub. Bu barədə Lent.az-a Ukrayna-Azərbaycan Birləşmiş Diasporunun regional təşkilat sədri Həbib Həsənli məlumat verib. 

 

O bildirib ki, ölənlərdən üç nəfəri yanğın zamanı tüstündən boğularaq dünyasını dəyişib. Bir nəfər isə faciəvi hadisədə tamamilə yanıb.  

 

***

12:11

Ukraynanın Zaparojye şəhərində 4 Azərbaycan vətəndaşı yanıb. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, hadisə şəhərdəki “Anqolenka” bazarındakı hosteldə baş verib.  Məlumata görə, onlardan biri Bakı şəhər sakinidir. O, bu yaxınlarda vətənə qayıtmalıymış.

Hadisə zamanı həlak olanlardan biri isə hostelin gözətçidir.

 

# 225
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar