“Ulduzların duetləri” adlı konsert keçiriləcək - VİDEO
27 sentyabr 2017 12:28 (UTC +04:00)

“Ulduzların duetləri” adlı konsert keçiriləcək - VİDEO

 
 
Oktyabrın 12-də Heydər Əliyev Sarayında “Ulduzların duetləri” adlı konsert keçiriləcək. Lent.az-ın məlumatına görə, konsertdə tanınmış müğənnilərin ifasında sevilən duetlər səslənəcək. Konsertdə xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Heydər Anatollu, əməkdar artistlər Teymur Əmrah, Almaz Orucova, Lalə Məmmədova, Almaz Ələsgərli, eləcə də bir sıra məşhur müğənnilər iştirak edəcək.  Proqramda vaxtilə böyük sənətkarların ifasında səslənmiş, indi isə az müraciət edilən, unudulmuş duetlər də musiqisevərlərə təqdim olunacaq. Bundan əlavə, tamaşaçılar bir neçə virtual dueti də eşidəcəklər.
 
Konsertin informasiya dəstəyi APA, APA.TV, lent.az və vesti.az-a məxsusdur. 
 
# 309
avatar

Oxşar yazılar