<b>Prezident bir sıra mədəniyyət işçilərini təltif etdi - <span style="color:red;">SƏRƏNCAM </b>
26 sentyabr 2017 17:49 (UTC +04:00)

Prezident bir sıra mədəniyyət işçilərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşlarına “Əməkdar artist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, Sərəncama əsasən, Azərbaycanın musiqi irsinin təbliğində səmərəli fəaliyyətlərinə görə Abdullayev Davud Bəxtiyar oğlu və Rəhimova Fəzilə Vaqif qızına “Əməkdar artist” fəxri adı verilib.

 

Prezident növbəti sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin təbliğində səmərəli fəaliyyətinə görə Alla Hacı Ağa qızı Bayramova “Tərəqqi” medalı ilə təltif edilib.

 

Habelə, İlham Əliyev Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Qiyas oğlu Sarıcalinski 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

# 394
avatar

Oxşar yazılar