<span style="color:red;">ŞOK XƏBƏR:  Bakıda saxlanılan transseksuallarda<span style="color:red;"> QİÇS  və<span style="color:red;"> SİFİLİS  tapıldı - <span style="color:red;">NAZİRLİK TƏSDİQLƏDİ
25 sentyabr 2017 15:17 (UTC +04:00)

ŞOK XƏBƏR: Bakıda saxlanılan transseksuallarda QİÇS SİFİLİS tapıldı - NAZİRLİK TƏSDİQLƏDİ

 

Azərbaycanda saxlanılan transseksual şəxslərdən bir neçəsində QİÇS virusu aşkarlanıb. Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məlumat verib. 

 

Nazirlik rəsmisinin bildirdiyinə görə, ötən günlərdə vətəndaşların şikayətinə əsasən saxlanılan və tibbi müayinədən keçirilən transseksuallar arasında QİÇS və sifilis xəstəsi olan şəxslər aşkarlanıb.

 

Rəsmi məlumata görə, saxlanılan şəxslərdən 5 nəfərdə həm QİÇS, həm də sifilis aşkar edilib. Bir nəfərdə isə yalnız sifilis xəstəliyi aşkarlanıb: "Mövcud qanunlara əsasən biz onların adlarını açıqlaya bilmirik. Polisin bu əməliyyatı bir daha göstərdi ki, bu cür tədbirlər vətəndaşlarımızın tibbi təhlükəsizliyi üçün çox vacibdir. Vətəndaşlarımız bu cür təhlükəli halları müşahidə edəndə mütləq polisə müraciət etsinlər" - deyə E.Zahidov qeyd edib. 

 

Ehsan Zahidov onu da bildirdi ki, Azərbaycanda cinsi azlıqlara qarşı ümumi təqib həyata keçirilmir: "Əgər cinsi azlıqlar öz qeyri-ənənəvi həyat tərzini kimlərisə qıcıqlandırmadan, ətrafdakı insanlara hörmətsizlik etmədən davam etdirirsə, buna kimsə müdaxilə edə bilməz. Polis yalnız cinsi azlıqlar barəsində şikayət olduqda işə müdaxilə edə bilər. İctimai asayiş pozulduqda, yoluxucu xəstəliklərin yayılması ilə əlaqədar məlumat olanda müəyyən tədbirlər görülür. Lakin bu heç də cinsi azlıqlara qarşı kütləvi xarakter daşımır". 
 

**

11:17

Son günlər sosial şəbəkələrdə Bakıda LGBT üzvlərinin kütləvi şəkildə saxlanıldığı və inzibati qaydada həbs edildiyi barədə məlumatlar yayılır. Yayılan xəbərlərdə bildirilir ki, son bir neçə gündə paytaxtda 100-dən çox homoseksual saxlanılıb. Bildirilir ki, saxlanılan cinsi azlıq nümayəndələri məcburi qaydada tibbi müayinədən keçirilir və onların QİÇS xəstəsi olub-olmadığı dəqiqləşdirilir.

 

Lent.az yayılan məlumatlarla bağlı Daxili İşlər Nazirliyinə sorğu verib. Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, son günlər Bakıda LGBT üzvlərinin saxlanıldığı barədə xəbərlər doğrudur, lakin bu hal kütləvi xarakter daşımır: "Vətəndaşların polisə daxil olan şikayətləri əsasında,  Bakı şəhərində əsasən gecələr “fəaliyyət” göstərən cinsi azlıqlara qarşı əməliyyat keçirilib. Hər hansı xüsusi bir səbəb olmayıb. Vətəndaşlar şikayət edib, polis də şikayətə əsasən əməliyyat keçirib”.

 

 

# 436
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar