Azərbaycanlıların bazasına polis basqını: <span style="color:red;">onlarla şəxs saxlanıldı
22 sentyabr 2017 11:21 (UTC +04:00)

Azərbaycanlıların bazasına polis basqını: onlarla şəxs saxlanıldı

Rusiyanın Yekaterinburq şəhərində yerləşən 4 saylı mevə-tərəvəz bazasında reyd keçirilib. Lent.az-ın məlumatına görə, yerli OMON və polisin bazada qəfil reydi nəticəsində 200-dək miqrant saxlanılıb. Onların böyük əksəriyyəti azərbaycanlılardır.

“OMON və polis bazaya qəfil soxuldu. Heç kimə tərpənməyə imkan vermədilər. Miqrantların sənədlərini aldılar, hamını yeli polisə gətirdilər. Böyük ehtimalla çox adamı deportasiya edəcəklər”,  deyə mənbə bildirib.

Xatırladaq ki, adıgedən baza Ural regionunun ən böyük meyvə-tərəvəz bazası sayılır. Bu baza ətrafında ətrafında isə illərdir qalmaqal səngimək bilmir. Ona sahib olmaq üçün mərhum qanuni oğru Rövşən Lənkəranskinin tərəfdarlarından tutmuş Lotu Quli, habelə Ded Xasanın  kürd klanı illərdir amansız mübarizə aparırdı. 

# 162
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar