Üzeyir Hacıbəylinin 132-ci doğum günü qeyd edilir
19 sentyabr 2017 13:56 (UTC +04:00)

Üzeyir Hacıbəylinin 132-ci doğum günü qeyd edilir

 

 

Görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 132-ci doğum günü ərəfəsində respublikamızda

ənənəvi musiqi tədbirləri keçirilir. Lent.az-ın məlumatına görə, ölkəmizdə qeyd olunan Milli Musiqi günü ilə bağlı Azərbaycan Televiziyası, “Mədəniyyət” kanalı  və İçərişəhər Dövlət Qoruğu İdarəsinin birgə layihəsi əsasında 18 sentyabr tarixində “Musiqi Günü” adlı konsert keçirilib.

 

 

Tarixi memarlıq abidəsi olan Qız Qalasının önündə keçirilən konsertdə əməkdar kollektiv,

Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı alətləri orkestri

çıxış edib. Konserti kollektivin bədii rəhbəri və baş dirijoru əməkdar artist Faiq Sadıqov

idarə edib.

 

 

Konsertdə Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Arif Məlikov, Səid Rüstəmov, Qənbər

Hüseynli, Ramiz Mirişli, Elza İbrahimova və digər bəstəkarlarımızın əsərləri səsləndirilib.

Konsertin gedişatında Azərbaycan Televiziyasının solistləri və Muğam Televiziya müsabiqəsinin qalibləri Günay İmamverdiyeva, Almaxanım Əhmədli, Pərviz Qasımov  adı

çəkilən bəstəkarlarımızın mahnılarını ifa ediblər. Konsert şəhərimizin sakinləri və eləcə d də turistlərin zövqünü oxşayıb  və onların ən xoş emosiyalarına səbəb olub. 

# 323
avatar

Oxşar yazılar