<span style="color:red;">Azərbaycanlı "qanuni oğru" Abxaziyada güllələndi:  "Lotu Quli" nə istəyirmiş? - <span style="color:red;">TƏFƏRRÜAT
25 avqust 2017 11:08 (UTC +04:00)

Azərbaycanlı "qanuni oğru" Abxaziyada güllələndi: "Lotu Quli" nə istəyirmiş? - TƏFƏRRÜAT

Azərbaycanlı qanuni oğru “Rəşad Gəncinski”nin Abxaziyada güllələnməsinin bəzi təfərrüatları məlum olub. Məlumata görə, “Gəncinski”  Abxaziyanın Qudauti şəhərinə “Lotu Quli”nin tapşırığıyla yollanıb. Səfərdə əsas məqsəd isə “Quli”yə yaxın olan “Nika Qaqrinski” ləqəbli qanuni oğru Nikolay Dqebuadzeyə dəstək vermək olub.

 

Söhbət ondan gedir ki, “Nika” abxaz qanuni oğruları tərəfindən sıxışdırılırmış. Bir qədər əvvəl “Quli “Kuşa” ləqəbli Aleksandr Kuşnerova da Abxaziyaya yollanıb vəziyyəti nəzarətə almağı tapşırmışdı. Amma “Kuşa” Abxaziyaya girə bilməmişdi.

 

Qudautiyə gələn İsmayılov və Roma Stavropolski şəhərdəki restoranların birində “Nika”yla düşmən olan "qanuni oğru"ları cəzalandırmaq istəyiblər. Stavropolski yerli "qanuni oğru"lara güc nümayiş etdirmək istəyərkən isə “Pıza” ləqəbli qanuni oğru Raul Bartsba silaha əl atıb. Nəticədə Rəşad və “Nika Qaqrinski” güllə yarası alıblar. Yaralıların hara yerləşdirildiyi barədə isə məlumat yoxdur.

 

***

 

Tanınmamış Abxaziya Respublikasının Qudaute şəhərində azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Rəşad Gəncinski" kimi tanınan Rəşad İsmayılov güllələnib.

 

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Rəşad və onunla birgə olan abxaz Nika Qaqrinski “Piza” ləqəbli avtoritet tərəfindən tapançayla vurulub. Hadisə şəhərdəki restoranlardan birində baş verib.

 

Məlumata görə, Rəşad Abxaziyaya "Lotu Quli" tərəfindən xüsusi missiya ilə göndərilibmiş.

 

Təfərrüatı bir azdan...

 

 

           

# 221
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar