2 yaşlı uşağı öldürən azərbaycanlı qadına 12 il həbs - <span style="color:red;">Qandonduran cinayət
23 avqust 2017 11:23 (UTC +04:00)

2 yaşlı uşağı öldürən azərbaycanlı qadına 12 il həbs - Qandonduran cinayət

Rusiyanın İvanovo vilayət məhkəməsi 25 yaşlı azərbaycanlı qadın Gülxar Şirəliyev 12 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Lent.az-ın məlumatına görə, o, 2 yaşlı ögey qızının qətlində ittiham olunub.

Məlumata görə, məhkəmə istintaqı sübut edib ki, Şirəliyeva bir qədər əvvəl həyat yoldaşından ayrılmış Azərbaycan vətəndaşıyla ailə qurub. 2 yaşlı qız isə atasıyla qalırmış. Uşağı qısqanan Gülxar onu gəzdirmək adıyla evdən çıxararaq İvanovo şəhəri yaxınlığından keçən Xarinka çayı sahilinə gətirib. Bundan sonra isə onu çaya atıb.

 

# 332
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar